"44 günlük müharibədə aldıqları sarsıdıcı məğlubiyyətdən ibrət dərsi almayan, Azərbaycan Prezidenti İlham Əliyevin 10 noyabr 2020-ci il tarixli məlum üçtərəfli sazişə əməl edilməsinin ilk növbədə Ermənistan və Qarabağ iqtisadi rayonunda hələ də sülənən erməni seperatçıları üçün daha xeyirli olacağnı bəyan etməsini qulaq ardına vuran, Azərbaycanın uzun müddət erməni təxribatlarını cavabsız qoymaq niyətində olmadığını, antiterror tədbirlərinin qaçılmaz olduğunu bəyan etməsinə baxmayaraq, xarici himayədarlarının təhrikedici hərəkətlərindən ruhlanaraq güc alan erməni seperatçı-quldurları son üç ildə də mütəmadi olaraq dövətimizə qarşı təxribatçı hərəkətlərindən əl çəkmirlər. Bütün bunları nəzərə alaraq Azərbaycan ordusu, haqlı olaraq, Qarabağ iqtisadi rayonunda erməni seperatizmini yox etmək üçün çoxdan gözləninlən anti-terror fəaliyyətinə start vermişdir və qəti inanırıq ki, tezliklə bu ərazilərimizdə erməni seperatizminə son qoyulacaqdır!"
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Teyyub Əliyev səsləndirib. Onun sözlərinə görə, təqdirə layiqdir ki, 44 günlük Vətən müharibəsində olduğu kimi Azərbaycan xalqı yenə öz ordusu ilə birlikdədir və antiterror əməliyyatını dəstəkləyir:
"Biz Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin ordumuzun antit-terror əməliyyatına verdiyi dəstək bəyanatını da təqdirəlayiq hesab edir, bu bəyanata qoşulmayan siyasi partiyaları ( Musavat, AXCP, Real) şiddətlə qnayır və onlara öz mövqelərinə yenidən baxmağı tövsiyə edirik. Biz qəti inanırıq ki, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini təkbaşına həyata keçirən Azərbaycan, qısa müddətdə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişdə nəzərdə tutulanları da özü, təkbaşına, həyata keçirəcək, dövlətmizin bütün ərazisində süverenliyimizi tam bərpa edəcəkdir! Azərbaycan dövləti, onun şanlı ordusu, qəhrəman əskər və zabitlərimiz buna qadirdir! Yaşasın şanlı, qəhrəman Azərbacan ordusu!".
Anar Əliyev