Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Qarabağda baş verən proseslərin səbəbkarlarından biri də məhz Fransadır

Bu gün Qarabağda baş verən proseslərin səbəbkarlarından biri də məhz Fransadır


"Azərbaycanın keçirdiyi lokal xarakterli antiterror tədbirləri tamamilə beynəlxalq hüququn tələblərinə uyğun formadadır və 2020 - ci ildə imzalanmış üç tərəfli bəyanatın 4-cü bəndinin icrasıdır".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə bəzi xarici dairələrin, xüsusilə rəsmi Parisin antiterror tədbirlərinin dayandırılması barədə Bakıya ünvanladıqları mesajlara münasibətində bildirib. AVP rəsmisi deyib ki, Fransa Azərbaycana beynəlxalq hüquqdan, insan haqlarından, hümanist dəyərlərindən söz deyəcək ən axırıncı ölkə belə deyil:

"Uzun illərdir onların qaranlıq siyasəti bütün dünya bəllidir və bu gündə rəsmi Paris eyni xəttlə hərəkət edir. Biz bundan öncədə Fransanın regional maraqlarını və reallıqda Ermənistan üzərindən qurduğu planların şərhini vermişdik. Görünür onlar istənilən situasiyanı belə öz maraqları naminə istifadə etməyə çalışır".

Pərviz Mirizadə deyib ki, bu gün Qarabağda baş verən proseslərin səbəbkarlarından biri də məhz Fransadır:

"Onların lazımsız dəstəyinə, yalançı vədlərinə aldanan Ermənistan xunta rejimi rəsmi Bakının bütün xəbərdarlıqlarına baxmayaraq uzlaşmaz siyasi ritorikadan çıxış etməyə davam etdi, təxribatlar törətməklə prosesi uzatmağa çalışdı. Ancaq hər bir güzəştin və hümanist yanaşmanın bir sonu var və ölkəmiz düşmənə sərt üzünü bir daha göstərdi".

Anar Əliyev
Xəbəri paylaş