Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni silahlıları Qarabağdakı postlarını tərk edərək geri çəkilirlər - GÖRÜNTÜLƏR

Erməni silahlıları Qarabağdakı postlarını tərk edərək geri çəkilirlər - GÖRÜNTÜLƏR


Ermənistan silahlı qüvvələri birləşmələrinin Qarabağda qanunsuz yerləşdirilən hərbi qulluqçuları pərakəndə şəkildə təşviş içində döyüş mövqelərini tərk edirlər.

Newscenter.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Erməni silahlılarının postlarını tərk etməsi ilə bağlı görüntüləri təqdim edirik:

Xatırladaq ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Razılığa əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.



Mehman Mehdiyev
Xəbəri paylaş