Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İbtidai sinif metodbirləşmə rəhbərləri üçün təlim keçirilir

İbtidai sinif metodbirləşmə rəhbərləri üçün təlim keçirilir


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin ibtidai siniflər üzrə metodbirləşmə rəhbərləri üçün illik metodik toplantı təşkil olunub.

Newscenter.az xəbər verir ki, BŞTİ-nin nəzdində Təlimə Dəstək Mərkəzinin (TDM) təşkil etdiyi görüşün əsas məqsədi 2023-2024-cü tədris ilində müəllimlərə ibtidai təhsil səviyyəsi üzrə qarşıda duran hədəflər, illik tədris planlarının tərtib edilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi, metodik işin səmərəli təşkili, ailə ilə səmərəli əməkdaşlığın qurulması, tədris prosesində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr verməkdən ibarətdir.

Görüşdə TDM-in direktoru Minarə Fərzəliyeva, Məktəbəqədər və ibtidai təhsilin təşkili üzrə metodik dəstək bölməsinin rəhbəri Fərqanə Seyidli, metodist Roza Rüstəmova və psixoloq Heyran Səfərova qeyd olunan məsələlərlə bağlı çıxış edərək müvafiq istiqamətlər üzrə rəy və tövsiyələrini bildiriblər.

Sonda müəllimləri maraqlandıran suallara aydınlıq gətirilib, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərin müntəzəm olaraq davam etməsi nəzərdə tutulur.

R.Mehdiyeva
Xəbəri paylaş