Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Növbədə Zəngəzurdur

Növbədə Zəngəzurdur


"Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərksilah olması ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Yenilməz Ordumuzun başlatdığı anti-terror əməliyyatının qısa vaxtda uğurla başa çatdı".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki Vaqif Abdullayev səsləndirib. O bildirib ki, Azərbaycan ilk gündən diqtə etdiyi erməni silahlı birləşmələrinin ərazimizdən çıxarılması üçün başladacağı anti-terror əməliyyatı ilə bağlı xəbərdarlığnı icra etməklə öz prinsipal və qətiyyətli məqsədinə nail oldu:

"2020-ci ildə imzalanmış 10 Noyabr sazişinin şərtlərinin icrasını təmin etməyən Rusiya sülhməramlılarının hərəkətsizliyini pozan Azərbaycan bununl da həmin sazişin bəndlərini özü icra etdi. Ölkəmiz BMT Təhlküəsiz Şurasının 4 qətnmasəni təkbaşına icra etdiyi kimi 10 Noyabr sazişinin də şərtlərini bir-bir tamamlayır.
İndi növbədə növbəti addımdır - Zəngəzur Dəhlizinin açılması. Azərbaycan bu əzmkar tələbinə də yaxın günlərdə nail olacaqdır".

Vaqif Abdullayev deyib ki, Cənab Prezidentin də bəyan etdiyi kimi biz istədiyimiz hər şeyə nail olacağıq. Əminəm ki, biz Göycəyə, Zəngəzura, Basarkeçərə də yaxın zamanlarda qayıdacağıq.

Anar Əliyev
Xəbəri paylaş