Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır

Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır


"Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla Azərbaycanla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Son günlər bu ölkənin silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutur. Amma belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradır. Belə ki, Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən götürdüyü öhdəliklərə əməl etməlidir. Qarşı tərəf sabitliyin bərqərar olmasında maraqlı deyil".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən Qarabağ müharibəsi veteranı Akif Rəfiyev deyib ki, məhz bu kimi amillər Azərbaycanı lokal xarakterli antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qoydu:

"Antiterror tədbirləri çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Ordumuz bütün lazımi xəbərdarlıqları edib. Keçirilən antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb. Bölgədə sülh və sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır".

Anar Əliyev
Xəbəri paylaş