"Paşinyan çalışırdı ki, dunyanı aldatsın, Azərbaycanı da aldatmağa çalışır. Pasinyan həmçinin Ermənistan əhalisini də aldadır və həmçinin separatçı rejimi də aldadır. Amma, məsələ burasındadır ki, bunun bu aldatmacaları bizə qələbələr qazandırdı və bundan sonra onun aldatmacaları fonunda Azərbaycan daha çox qazanacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O qeyd edib ki, əslində erməni xisləti aldatmalarla qidalanır:
"Bu xalqın yalanları və uydurmaları artıq dünyanın hər yerində bir anekdot halına gəlib. Sadəcə olaraq Pasinyan fərqli olaraq reallıqları da görə bilir.Bu da o deməkdir ki, Paşinyan reallıqları öz xalqına çatdırmaq və mənimsətmək üçün mütləq onları aldatmaq üsulundan istifadə etməli olduğunu bilir.Və Paşinyan bu üsuldan məharətlə istifadə edərək erməni xalqına başa salacaq ki, ay millət, bu işlərin sonu görünmür və bizdən istifadə olunur və sonda heç bir nəticəyə vara bilməyəcəyik.Paşinyan bu həqiqətləri onları aldadaraq başa salmağa çalışır, çünki başqa türlü anlamaq istəmirlər".
Anar Əliyev