Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Atəşkəs terrorçu ilə olmur

Atəşkəs terrorçu ilə olmur


"Azərbaycanın Ermənistanla imzaladığı "10 noyabr bəyannaməsi"nin beynəlxalq qarşılığı və statusu olduğu halda, Azərbaycanla Qarabağ erməniləri arasında bağlanacaq hər hansı mətnə protokol deyiləcək və bunun isə beynəlxalq statusu olmayacaq. Bu, Azərbaycanın daxili qanunları ilə tənzimlənəcək. Bununla yanaşı əgər gələcəkdə tərəflər arasında hansısa narazılıq olacaqsa, bu, prosedura uyğun olaraq Azərbaycan məhkəmələrində, istənilərsə nəticədə Avropa insan haqları məhkəməsində baxılacaq".

Newscenter-az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan və erməni nümayəndələr arasındakı elan edilən mətndə və ümumiyyətlə leksikonda "atəşkəs" anlayışı . Onun sözlərinə görə, "Atəşkəs" anlayışının beynəlxalq hüquqda qarşılığı vardır və bu durumda 1949cu il Cenevrə sözləşməsinə görə hərbi geyimli, silahlı güclərin varlığı qəbul olunmuş kimi olur və buna beynəlxalq status geyindirmiş oluruq:

"2-ci Qarabağ müharibəsi sona çatıb, atəşkəs elan ediləndə, Rusiya hərbi qüvvələri sülhməramlılar adı altında əraziyə daxil oldular, çünki burda hərbi güclər döyüşürdü. Amma indi Azərbaycan antiterror əməliyyatı elan edəndən və onu uğurla başa çatdırandan sonra sülhməramlıların və Ağdamda yerləşən monitorinq mərkəzinin statusu dayandırılmış və onların fəaliyyəti başa çatmış hesab olunur.

Lakin ərazidəki silahlı qrupların silahslzlandırılması başa çatana kimi bir müddət ərazidə qalmaları ola bilər. Amma proses başa çatandan sonra, yəni Azərbaycan suverenliyi bərpa olunandan, Azərbaycan qanunları işləməyə başlayaraq idarəetmə sistemi qurulanda, böyük ehtimalla, bir-iki həftə ərzində Azərbaycan dövləti tərəfindən bu barədə qərar açıqlanacaq, onların Azərbaycan ərazisində qalmalarına ehtiyac olmadığı üçün sülhməramlı gücün ərazidə olmasının anlamı qalmayacaq".

Azər Qasımov deyib ki, sülhməramlı güclərin statusu 24 saatlıq antiterror əməliyyatının bitdiyi anda bitmişdir. Sadəcə keçici vəzifələr üçün vəzifəsi qalmışdır:

"Monitorinq mərkəzinin vəzifəsi də bitmiş hesab olunur. Atəşkəs terrorçu ilə olmur. Onlar da ərazidən çıxandan sonra hansı atəşkəs monitorinqi aparılacaq?

Ümumiyyətlə, bu hadisələrin ədəbiyyatı doğru ifadə edilməlidir. Dövlətin hakimiyyətini hakim ediləcəyi bir şəraitdə doğru işlədilməyən məvhum, termin sonradan dövlətin mənafeyinə zərbə vura bilər".

Anar Əliyev
Xəbəri paylaş