Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daxili qoşunlarımızın Xankəndinə daxil olması mütləq şərtdir

Daxili qoşunlarımızın Xankəndinə daxil olması mütləq şərtdir


Antiterror tədbirləri dayandırılsa da, lakin Azərbaycana qarşı təxribatlar hələ də davam edir. Belə ki, sosial şəbəkələrin, KİV-lərin Rusiya və erməni seqmentlərində Azərbaycanın guya Xankəndini atəşə məruz qoyması barədə absurd, yalan dolu xəbərlər yayılır.

Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu deyir ki, bu, Azərbaycana qarşı qurulan növbəti təxribat, oyundur:

"Erməni və Rusiya saytları “Azərbaycan atəşkəsi pozaraq Xankəndi istiqamətində atəş açıb” dezinformasiyasını tirajlamaqla məşğuldurlar. Azərbaycanın Qarabağın tamamını nəzarətə götürməsini həzm etmək istəmirlər. Yevlaxda ermənilər növbəti kapitulyasiya sənədinə imza atsalar da, içərilərindəki təxribatçıların və onlara dəstək verən xarici mərkəzlərin vəziyyəti gərginləşdirmək istəkləri istisna deyil".

Onun sözlərinə görə, bu səbəbdən daxili qoşunlarımızın Xankəndinə və Qarabağın ermənilər yaşayan digər məntəqələrinə daxil olması mütləq şərtdir, bu məsələləri Rusiya hərbi kontingentinə etibar edə bilmərik:

"Atəşkəs razılaşmasından bir neçə saat sonra erməni separatçıları Rusiya hərbi kontingentinin nəqliyyat vasitəsinə atəş açıblar və bir neçə hərbçini öldürüblər. Moskvadan səs çıxmadı. Biz öz ərazimizdə həm separatizmlə, həm də onlara açıq və gizli dəstək verən mərkəzlərlə mübarizə aparmaq məcburiyyətindəyik".

Anar Əliyev
Xəbəri paylaş