Xaricdə yaşayan azərbaycanlılar olaraq ayrı-ayrı ölkələrdəki erməni diasporu, yaxud bizə düşmən kəsilən digər qüvvələrin qarşısına öz diaspor fəaliyyətimizlə çıxır və hər hansı əngəlləri, maneçiliklərlə aradan qaldıra bilirik.
Newscenter.az xəbər verir ki, bu fikirləri Sankt-Peterburdakı Milli Mədəni Muxtariyyatın sədr müavini Könül Abbasova səsləndirib. O bildirib ki, bunu çox mükəməlliklə bacarırıq:
"Məlumat üçün qeyd edim ki, təkcə Sankt-Peterburqda bir neçə diaspor təşkilatımız var. Şəhər Milli Mədəni Muxtariyyatı, Leninqrad Milli Mədəni Muxtariyyatı, Sankt-Peterburq Azərbaycan Cəmiyyəti, Naxçıvanın Dostları Cəmiyyəti, “Simurq” Gənclər Təşkilatı, “Çinar” Mədəni Mərkəzi və s. bu sıraya aid etmək olar. Bir daha qeyd edim ki, bütün bu təşkilatların müştərək və əlaqəli şəkildə işləməsi erməni diasporu və lobbisinin hər hansı əngəlləri, bizə yarada biləcəyi maneələrin qarşısını alır. Fikrimi konkretlışdirərək demək istəyirəm ki, erməni diasporu Sankt-Peterburqda bizim gücümüz, birliyimiz qarşımızda dayana bilməz".
Anar Əliyev