Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

II Qarabağ müharibəsində əldə etdiyi Zəfər milyonlarla insanın vətən, torpaq, yurd həsrətinə son qoydu

II Qarabağ müharibəsində əldə etdiyi Zəfər milyonlarla insanın vətən, torpaq, yurd həsrətinə son qoydu


"Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın həmrəyliyindən, ölkə başçısının sarsılmaz iradəsindən güc alan rəşadətli ordumuzun II Qarabağ müharibəsində əldə etdiyi Zəfər milyonlarla insanın vətən, torpaq, yurd həsrətinə son qoydu. İgid, qəhrəman oğulların canı, qanı hesabına qazanılan qələbə bütün dünyada Azərbaycanın mövqeyini möhkəmlətdi, gücümüzün, qüdrətimizin sərhədsiz olduğunu nümayiş etdirdi".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən ictimai-siyasi fəal Anar Salehoğlu deyib ki, 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın müddəalarına əməl etməkdən boyun qaçıran, öz mifik ordusunun tör-töküntülərini Qarabağda saxlamaqla qondarma, separatçı rejimin varlığını qorunmağa çalışan Ermənistan 24 saatlıq lokal xarakterli antiterror tədbirlərindən sonra 44 günlük Vətən müharibəsində olduğu kimi öz acizliyini bu dəfə də ortaya qoydu:

"Separatçı rejim Azərbaycan Ordusunun qarşısında diz çökdü və ağ bayraq qaldırdı. Son olaraq bizim şərtlərimizi qəbul edərək Yevlaxda reinteqrasiya məsələrinin müzakirəsinə razılıq vermək məcburiyyətində qaldı”.

Anar Əliyev
Xəbəri paylaş