Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Öz xain mövqe və məkrli niyyətlərinə sadiq qalmış “trio”

Öz xain mövqe və məkrli niyyətlərinə sadiq qalmış “trio”


"Son vaxtlar Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin çağırışları əsasında ölkədə yeni bir siyasi mühit formalaşır, siyasi partiyalarla iqtidar arasında dialoq dəstəklənir, xalqı və dövləti narahat edən taleyüklü məsələlərlə əlaqədar qarşılıqlı hörmət əsasında fikir mübadiləsi aparılır".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Aslan Mehdiyev səsləndirib. O bildirib ki, hakimiyyətin siyasi dialoqla bağlı bütün jestlərinə rəğmən öz xain mövqe və məkrli niyyətlərinə sadiq qalmış “trio”, Vətənsevər siyasi qüvvələrin Bəyanatına imza vurmaqdan imtina etmiş Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası bir daha öz xain xislətini nümayiş etdirdilər:

"Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası Vətənimizin ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına da digər siyasi partiyalarla birlikdə dəstək vermədilər".

Anar Əliyev
Xəbəri paylaş