Qarabağın mülki əhalisi arasında kütləvi itkilərin olması ilə bağlı yayılan məlumatlar reallığa uyğun gəlmir.
Newscenter-az "Report"-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında canlı yayımda deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda atəşkəs rejiminə ümumilikdə əməl olunduğunu qeyd edib.
Paşinyan əlavə edib ki, Ermənistan Qarabağdan 40 min ailəni qəbul etməyə hazırdır.