Qarabağın erməni sakinlərinin nümayəndələri Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovla görüşmək üçün Yevlax şəhərinə gəliblər.
Newscenter.az bildirir ki, "Report"un yerli bürosunun məlumatına görə, onları Azərbaycan polisi və Rusiya sülhməramlıları müşayiət ediblər.
Yevlaxda keçiriləcək görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə ediləcək.