Voleybol üzrə oğlanlardan ibarət U-18 yığmamız Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.
Newscenter.az Azərbaycan Voleybol Federasiyasına istinadən bildirir ki, dekabrın 5-dən 9-dək Gürcüstanda təşkil olunacaq yarış həm də “AVRO-2024”ə təsnifat xarakteri daşıyır.
Yarışın reqlamentinə əsasən birinci olan komanda Avropa çempionatının final mərhələsinə vəsiqə əldə edəcək. Turnirdə millimiz ilə yanaşı, Gürcüstan, Ukrayna, Estoniya, Polşa, Litva və Latviya voleybolçuları da iştirak edəcəklər.
Oruc Niyazov