Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda əsas hansı məsələlər müzakirə ediləcək?-EKSPERT

Yevlaxda əsas hansı məsələlər müzakirə ediləcək?-EKSPERT


"Bu gün Yevlax şəhərində Qarabağın erməni icması ilə ilk dəfə olaraq görüş keçirilməsi nəzərdə tutulur. Bu görüş birinci görüş olduğu üçün, əsas olaraq ümumi prosedurlar və bu presudurların hüquqi tərəfləri müzakirə oluna bilər".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən siyasi ekspert Çingiz Şahbazi deyib ki, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən haqlarında cinayət işi açılmış və axtarışa verilmiş cinayətkar ermənilər barədə amnistiya aktının kimlərə şamil edilib və kimlərə şamil edilməyəcəyi muzakirə predmeti kimi masaya qoyulacaq:

"Yəni, Azərbaycan prezidentinin qeyd etdiyi amnistiya aktından təxminən 400-dən artıq haqqında cinayət işi açılmış ermənilərin hamısı yararlana bilməyəcək. Cünki, bu adamların arasında qatı cinayətkarlar var və onların Azərbaycanın qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilmələri qaçılmazdır. Bundan başqa Qarabağın bütün ərazilərində Azərbaycan Respublikası konstitusiyasından irəli gələn dövlət atributları, strukturları, təhlükəsizlik tədbirləri və digər vəzifələr danışıqlar prosesinin başında gələn məsələlərdir ki, bunlar bu günkü danışıqlar prosesində öz əksini tapmalıdır".

Anar Əliyev
Xəbəri paylaş