Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ölkə konstitusiyası əsasında erməni sakinlərin hüquqlarını tam şəkildə təmin etməyə hazırdır

Azərbaycan ölkə konstitusiyası əsasında erməni sakinlərin hüquqlarını tam şəkildə təmin etməyə hazırdır


"Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərinin nəticəsi olaraq silahlı dəstələr və separatçı rejim təslim oldu. Rəsmi Bakının əsas hədəfi mülki əhali və infrastruktur deyil, hərbi hədəflər olduğundan ağırlıq olaraq hava əməliyyatları keçirildi. Məqsəd isə, erməni terror ünsürlərinin tərksilah edilməsi və ərazilərimizdən çıxarılması, qondarma rejimin ləğv edilməsi, mülki əhalini girovluqdan xilas edilməsi və suverenliyimizin tam şəkildə təmin edilməsi idi".

Bu fikirləri Newscenter.az-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, əməliyyat nəticəsində qarşıya qoyulan vəzifələr yüksək peşəkarlıqla icra olubdu:

"Hazırda separtçı-terror dəstələrin tərksilah olunması prosesi gedir və Yevlax görüşündə əldə olunan razılıq əsasında mülki əhaliyə hümanitar yüklərin çatdırılmasına başlanılıb. Rəsmi Bakı daim sülhdən yana ritorika nümayiş etdirib və zərər çəkmiş tərəf olmasına baxmayaraq problemin həlli kimi hərb variantın ən sona saxlayıb. Lakin bizim humanist və sülhsevər addımlarımıza düşmən tərəf mütəmadi olaraq hərbi təxribatlar törətməklə qarşılıq verib. Bu isə vəziyyəti gərginləşdirən başlıca amildir".

AVP rəsmisi deyib ki, Azərbaycan ölkə konstitusiyası əsasında erməni sakinlərin hüquqlarını tam şəkildə təmin etməyə hazırdır:

"Bu gün Xankəndiyə humanitar yüklərin çatdırılması ona işarədir ki, artıq biz tarixi şəhərimizə daxil olmuşuq. Hesab edirəm ki, proses istədiyimiz kimi davam edir və yüklərin qəbul edilməsində heç bir problem yaşanmayacaq. Çünki bu onların istəyi doğrusunda baş tutan prosesdir".

Anar Əliyev
Xəbəri paylaş