Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifənin öhdəsindən layiqincə gəldi

Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifənin öhdəsindən layiqincə gəldi


"Vətən müharibəsinin gedişində olduğu kimi, bu dəfə də ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Rüfət Əhmədov antiterror tədbirlərini şərh edərkən səsləndirib. O bildirib ki, ağ bayraq qaldıraraq təslim olduqlarını bildirən qanunsuz erməni silahlı birləşmələrinin sentyabrın 20-dən etbarən mövqelərdən çıxarılma və silahların təhvil verilmə prosesi başlanıb:

"Artıq ordumuzun hissələri vaxtı ilə işğal edilən kənd və yaşayış məntəqələrini nəzarətə almağa başlayıblar. Beləliklə, Azərbaycanın antiterror tədbirləri həyata keçirməsi lazım idi və Azərbaycan Ordusu qarşıya qoyulmuş vəzifənin öhdəsindən layiqincə gəldi və separatçılar təslim oldular".

Mehman Mehdiyev
Xəbəri paylaş