Əvvəlcə dedik ki, biz sizi təmin edə bilərik, etiraz etdilər. İndi özləri xahiş edirlər. Azərbaycan zopa və kökə siyasəti aparan dövələt deyil, amma bəzən qarşı tərəfin hərəkətinə uyğun elə davranmağa məcbur oluruq.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yalçın Hacızadə bu gün Qarabağın erməni əhalisinə Azərbaycanın Mərkəzi hakimiyyəti tərəfindən ərzaq yardımının göndərilməsinə münasibət bildirərkən səsləndirib. O bildirib ki, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün Ağdam rayonundan yola salınıb:
"Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. Bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaqdır".
Anar Əliyev