Bu il sentyabrın 1-nə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 545 min abonenti olub.
Newscenter.-ın məlumatına görə, bunu qurumun Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov bu gün media və QHT nümayəndələri ilə keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, abonentlərin 2 milyon 513 mini əhali abonentləridir ki, onların da hamısı sayğacla təmin olunub: “O cümlədən, təbii qaz istehlakçılarının 9 027-si smart-kart tipli sayğacla təmin edilib. Abonentlərin 41 492-ü isə qeyri-əhali abonentləridir".
"Azəriqaz" rəsmisi həmçinin qeyd edib ki, bu ilin yanvar-avqust aylarında İstehsalat Birliyi 42 min yeni qaz istehlakçısını qeydə alıb.
Sona