Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həm separatizm, həm də manipulyasiyalar dövrü bitdi

Həm separatizm, həm də manipulyasiyalar dövrü bitdi


"Azərbaycanın Qarabağ iqtisadi bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda baş tutan görüşün bizim dövlət bayrağımız altında və heç bir vasitəçinin (o cümlədən Rusiya sülhməramlıların) iştirakı olmadan keçirilməsi tamamilə təbiidir. Başqa cür ola da bilməzdi".

Newscenter-az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki görüsdə lokal antiterror əməliyyatı nəticəsində başı əzilmiş, diz çökdürülmüş, təslim olmuş separatçıların hərbi xuntasının “tetris bayrağı”nın qoyulması və yaxud, erməni icmasını təmsil edən şəxslərin pencəyində separatçıların “bayrağı” əks edilmiş yaxa sancağının taxılması qeyri-mümkün idi:

"Qarabağın erməni icmasını təmsil edən David Melkumyan və Sergey Martirosyan bu görüşdə tərəf kimi, qondarma rejimin təmsilçiləri kimi yox, sadəcə icma nümayəndələri kimi iştirak edirdilər.

Yevlax görüşündə məhz Azərbaycanın Konstitusiyası və qanunları əsasında Qarabağ ermənilərinin hüquqları və öhdəlikləri ilə əlaqədar, o cümlədən onların mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı məsələlər müzakirə edilib. Ermənilərin bu görüşdə hər hansı tələb, şərt irəli sürməsi mümkün deyildi. Şərtləri diktə etmək hüququna malik olan yeganə tərəf Azərbaycan dövlətidir".

Komitə sədri daha sonra bunları qeyd edib:

"Rəsmi Bakı bu görüş zamanı bütün detalları öncədən nəzərə alıb. Beləliklə, Qarabağ ermənilərinin bundan sonrakı taleyi yalnız Azərbaycanın daxili işidir. Nə Ermənistanın, nədəki onun havadarlarının bu məsələyə müdaxilə etməyə, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi üzərindən manipulyasiyalara yol verməyə heç bir ixtiyarları yoxdur. Vəssalam, həm separatizm, həm də manipulyasiyalar dövrü bitdi. Yevlax görüşü ilə bölgədə tamamilə yeni səhifə açılıb".

Mehman Mehdiyev
Xəbəri paylaş