Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionumuza artıq sülh gəlməlidir

Regionumuza artıq sülh gəlməlidir


"Cənab Prezident Qarabağdakı antiterror tədbirlərinin yekunlarına dair xalqa müraciətində təkcə əməliyyatların başlanması zərurəti və uğurla nəticələnməsi haqqında deyil, həm də regionumuzun gələcəyi, perspektivlər barədə də fikirlərini bölüşmüş oldu".

Newscenter.az xəbər verir ki, bu fikirləri səsləndirən politoloq Yusif Bağırzadə vurğulayıb ki, Azərbaycan antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində öz suverenliyini bərpa edib deyən Ali Baş komandan lokal xarakterli antiterror tədbirləri nəticəsində qarşıda duran bütün vəzifələrin cəmi bir gün ərzində yerinə yetirildiyini bildirdi:

"Antiterror tədbirləri zamanı Azərbaycan hərbçilərinin necə böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdiyini hər kəs görmüş oldu. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərərək qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmiş oldular".

Yusif Bağırzadə daha sonra bunları qeyd edib:

"Hər kəs razılaşar ki, Ordumuz tərəfindən həyata keçirilən antiterror əməliyyatı öz proffesionallığı və mükəmməlliyi ilə dünyanın ən aparıcı orduları üçün belə bir nümunə oldu. Bir gün ərzində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektlərinin yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılması, 90 düşmən mövqeyinin ələ keçirilməsi, xeyli sayda hərbi qənimtn götürülməsi onu deməyə əsas verir ki, antiterror əməliyyatı hər bir detalına qədər olduqca incəliklə və mükəmməl şəkildə hazırlanmışdır. Və bütün bu əməliyyat böyu hər hansı mülki əhali və infrastruktur obyektlərinə zərər verilməməsi də əməliyyatın necə yüksək peşəkarlıqla həyata keçirildiyinin bariz sübutudur".

Politoloqun sözlərinə görə, Cənab Prezident müraciətdə qeyd etdiyi kimi, Qarabağdakı əməliyyatın uğurlu gedişatı Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salıb:

"Belə ki, həyata keçirilən əməliyyat erməni revanşizmi üçün hər hansı imkan tanımadığı kimi, həm də onu başa salmış oldu ki, ermənilərə olan beynəlxalq dəstəyin hər hansı praktiki əhəmiyyəti yoxdur. Çünki Qarabağ Azərbaycanın daxili işidir və bu məsələ Vaşinqton, Moskva və ya Brüsseldə deyil Yevlaxda həll olunur. Başqa sözlə desək Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı danışıqlarda vasitəçilərdən hər hansı birinin Qarabağ məsələsini müzakirələrin predmeti etmək potensialı da aradan qalşmış oldu. Prezident də müraciətində bu məqama toxunaraq bölgədə yeni vəziyyətin yaranmasının labüd olduğunu bildirdi. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs almaq imkanı əldə edir.

Prezident xalqa müraciətində artıq bütün dünyanın Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığını deyərək Ermənistan rəhbərliyinin də bunu dərk etdiyini bildirdi. Həqiqətən də yaxın keçmişə nəzər yetirdikdə görürük ki, vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyan, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur".

Yusif Bağırzadə diqqətə çatdırıb ki, Müraciətdə bundan sonrakı addımlarla bağlı da Prezident tərəfindən konkret fikirlər səsləndirildi:

"Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir və bu, bizim böyük sərvətimizdir deyən ölkə başçısı Qarabağda yaşayacaq ermənilərin bütün hüquqlarının təmin ediləcəyini, onların - təhsil, mədəniyyət, din, seçki hüquqlarının təmin olunacağını bildirdi. Prezident İlham Əliyev “Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” fikrini antiterror tədbirlərinin yekunları kontekstində bir daha təkrarladı və ona belə bir əlavə etdi ki, “eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq”.

Prezidentin müraciətində digər diqqətçəkan məqam Ermənistandan və erməni separatizmindən bir əlatə kimi istifadə edən qüvvələrə verilmiş mesaj oldu. “Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın” deyən Prezident bununla həm də Ermənistanın özünü kənar təsirlərdən qurtulmağa çağırdı".

Sonda Yusif Bağırzadə onu da deyib ki, əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuş regionumuza artıq sülh gəlməlidir:

"Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar. Prezidentin bu bəyanatı özündə hərtərəfli sülh yanaşmasını ehtiva edir. Ermənilərin bu şansı əldən verməməsi lazımdır. Əks halda onlar yeni güc tətbiqinin legitim hədəfinə çevrilməyə davam edəcəklər. Azərbaycan belə addımlara qarşı adekvat tədbirlərini antiterror tədbirləri ilə göstərdi. Antiterror tədbirlərinin digər, daha genişmiqyaslı regional nəticələri üçün də imkanlar yaranır. Prezident İlham Əliyevin Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatdakı səmərəli əməkdaşlıq qurulması təkliflərini səsləndirməsi regionda sülh və təhlükəsizlik arxitekturası üçün verilmiş ən uğurlu düsturdur".

Anar Əliyev
Xəbəri paylaş