Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Masallı şəhərində vətəndaşları qəbul edib.
Newscenter.az-ın Agentliyə istinadən verdiyi məlumata görə, qəbulda Masallı və Yardımlı rayonlarından olan vətəndaşların əsasən avtomobil yollarının təmir-bərpası və yenidən qurulması, işə qəbul və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb.
Agentliyin balansında olan avtomobil yolları ilə bağlı şikayətlərin qısa müddət ərzində araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verilib. Agentliyin balansında olmayan şəhər, qəsəbə və kənddaxili küçə və yollara aid şikayətlərlə bağlı isə vətəndaşlara aidiyyəti üzrə yerli strukturlara (yerli icra hakimiyyəti və yerli bələdiyyələr) müraciət etmələri tövsiyə olunub.
Ruhiyyə Mehdiyeva