"Dövlətləraarsı münasibətlər təkcə siyasi, iqtisadi əlaqələrlə məhdudlaşmır. Bu münasibətlər həm də rəsmi səfərlərlə möhkəmlənir. Azərbaycanla Tacikistan arasında münasibətlər daha da genişlınməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı da bu baxımdan tarixləşdi".
Newscenter-az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Xasayeva səsləndirib. Millət vəkili vurğulayıb ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin başlıca şərtlərindəndir:
"Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında ümumilikdə 57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə” imzalanıb".
Deputat qeyd edib ki, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub:
"2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib. Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.
Azərbaycan tolerant dövlət olmaq etibarilə tolerant dövlətlərlə qarşılıqlı siyasi əlaqələri möhkəmləndirir. Bu baxımdan Tacikistanla da".
Anar Əliyev