“Qarabağda yaşayan erməniəsilli sakinlərdən Azərbaycan vətəndaşlığı almaqla bağlı müraciət edənlər var”.
Newscenter-az bildirir ki, “Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyin (DİN) Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev deyib.
DİN rəsmisinin sözlərinə görə, erməniəsilli sakinlərin Azərbaycan Konstitusiyasına uyğun olaraq vətəndaşlıq məsələlərinə baxılacaq: “Onların pasportlaşması, şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işi diqqətdə saxlanılır”.