"Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün ərzaq və gigiyenik vasitələrdən ibarət yük göndərilib".
Newscenter-az-ın xəbərinə görə, bu fikirləri səsləndirən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, uçərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və çörək dolu 2 avtomobil Ağdam-Xankəndi yolu ilə yükü ünvanına çatdırıb və geri qayıdıb:
"Bu sadəcə humanitar addım deyil. Humanistliyimizlə bərabər, həm də ermənilərin reinteqrasiyasına başlamışıq. Bu siyasətin nəticəsində bundan sonra ermənilərin istinadgah yeri İrəvan yox, Bakı olacaq. Ermənilər Azərbaycan qanunları ilə yaşayacaqlar. İrəvanın diktəsi ilə yaşadıqları dövr artıq bitdi. Separatçılıq və dərəbəylik dövrü də bitdi. Lokal antiterror əməliyyatı ermənilər üçün dərs oldu".
Anar Əliyev