Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ümid edək ki, bu dəfə ermənilər nəticə çıxaracaq

Ümid edək ki, bu dəfə ermənilər nəticə çıxaracaq


Şanlı ordumuz qısa zaman ərzində Xankəndi və digər ərazilərə nəzarəti bərpa edəndən sonra ortaya çıxan mənzərə onu göstərir ki, separatçılar işğaldan sonra ətraf rayonların bütün sərvətini, daşını və mülklərini daşıyıb məskunlaşdığı şəhəri genişləndirməklə məşqul olublar. Ona görə azad olunmuş bölgələrdə dağılmış görüntülərdən insanı vahimə bürüyür.

Amma bir gün fikirləşməli idilər ki, Azərbaycanlıların canı-qanı bahasına qurulan o şəhərlərdən özünə bir separatçı yuva düzəltməyin sonu da belə olacaq. Etiraf etmək lazımdır ki, Xankəndi şəhəri daha da böyüyüb, genişlənib, amma bu bir Azərbaycan şəhəri olub, hər nə qədər separatçılar onu erməniləşdirməyə cəhd etsələr belə.

44 günlük müharibədən sonra bu şəhərin Azərbaycanlı və erməni sakinlərinə birgə yaşayış ünvanı olması üçün Azərbaycan hökuməti və cəmiyyəti çox mesajlar verdi....İstər Şuşa-Laçın yolunda keçirilən sivil aksiyalar, istərsə də Qarabağın erməni icmasının Bakı və Yevlax şəhərlərinə danışıqlara dəvət olunması sülh prosesi üçün real şanslar idi.

Anti-terror əməliyyatından sonra danışıqların tamam fərqli məcrada keçiriləcəyi artıq göz qabağındadır. Hərbi əməliyyatların yeni, lakin qısa müddətli fazası Qarabağın erməni icmasını Azərbaycanın şərtlərini qəbul etməsinə vadar edəcək.

Bu əməliyyatların ən önəmli tərəfi qanunsuz erməni hərbi birləşmələrinin Qarabağa çıxışını məhdudlaşdırmaq və anti-terror əməliyyatı keçirilən bölgələrə nəzarəti bərpa etmək idi ki, düşünürəm ki, buna nail olundu.

Bu prosesin ən önəmli tərəfi ölkəmizin həm yumşaq gücü, həm də hərbi gücünün sinxronlu şəkildə hərəkət etməsidir. Bu gün Azərbaycan dövləti peşəkar anti-terror əməliyyatı keçirməyə (mülki əhalinin sıx yaşadığı ərazilərdə), həm də humanitar missiyasını yerinə yetirmək imkanlarına malik olmasını bütün dünyaya nümayiş etdirdi. 44 günlük müharibədən sonra yenidən yumşaq gücün hərbi güclə əvəz olunmasından ümid edək ki, bu dəfə ermənilər nəticə çıxaracaq və sivil əhalinin reinteqrasiya prosesinə start veriləcək.

Vüqar Əhmədov-politoloq
Xəbəri paylaş