"Azərbaycan əsgəri və Azərbaycan polisi çiyin-çiyinə beynəlxalq hüquqla tanınan ərazilərimizdə 30 il ərzində möhkəmlənən, lakin cəmi 23 saatlıq güc nümayişi ilə ağ bayraq qaldıran separatçıları tərksilah edib ləyaqətlə Qarabağda Konstitusiya quruluşumuzun bərpasını, ictimai asayişi və ictimai təhlükəsizliyi təmin etməkdədir".
Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, nəinki hər bir azərbaycanlı, bütövlükdə hər bir region sakini, o cümlədən 30 il xunta rejiminin girovluğunda qalmış Qarabağın erməni sakinləri özləri bu situasiyaya milad kimi baxmalı, yeni, müharibəsiz, qansız-qadasız, inkişaf və tərəqqidə, dinc birgəyaşayışda ehtiva olunan quruculuq prosesinin tərkib hissəsi kimi çıxış etməlidir.
Anar TAGİYEV