Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasına səfər edəcək.
Newscenter-az-ın məlumatına görə, "Report" bu barədə NTV-yə istinadən xəbər verir.
Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.
Ərdoğan səfər çərçivəsində Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərksilah prosesi və Zəngəzur dəhlizi ilə bağlı müzakirələr aparacaq.