"2020-ci il noyabrın 10-da xalq hansı qüruru yaşamışdısa, 2023-cü il sentyabrın 20-də xalq müraciətində də o səviyyədə qürur yaşadı".
Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Eldar Əsədov səsləndirib. O bildirib ki, Azərbaycan regionda sülh və təhlükəsizlik üçün daha bir addım atmış oldu:
"Cəmi 24 saat ərzində şanlı Azərbaycan ordusu Üçtərəfli Bəyanatın ziddinə olaraq hələ də Qarabağ bölgəsindən çıxarılmayan Ermənistan ordusunun tör-töküntülərini və separatist rejimin silahlı quldur dəstələrini darmadağın etdi. Bu qələbə münasibətilə Azərbaycan xalqına müraciət edən Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev əməliyyatı zəruri edən amillərə və Azərbaycan dövlətinin bundan sonrakı fəaliyyətinə aydınlıq gətirmişdir".
Anar TAGİYEV