Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda hakimiyyət dəyişikliyi Azərbaycan üçün yaxşı heç bir şey vəd etmir

Ermənistanda hakimiyyət dəyişikliyi Azərbaycan üçün yaxşı heç bir şey vəd etmir


Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə aksiyalar artan xətt üzrə davam edir. Cərəyan edən proseslər Paşinyanın tezliklə hakimiyyətdən uzaqlaşdırılacağını deməyə əsas verir. Bəs, indiki halda Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması Azərbaycanın maraqlarına uyğundurmu?

Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Çingiz Şahbazi hesab edir ki, indiki halda Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması Azərbaycanın maraqlarına uyğun deyil. Onun sözlərinə görə, Paşinyanın devrilməsi və yaxud da hakimiyyəti təhvil verməsi, Azərbaycan üçün nə qədər məqbuldur və yaxud da bunun yalnız bizə ziyanı ola bilər, sualı bizi ən çox maraqlandıran tərəfdir:

"Münaqişənin sonunun göründüyü bir vaxtda Ermənistanda hakimiyyət dəyişikliyi Azərbaycan üçün yaxşı heç bir şey vəd etmir. Çünki, hakimiyyət dəyişikliyi Ermənistanın daxilində olan revanşist qüvvələri daha da ruhlandıracaq və ölkəmizə qarşı təxribat xarakterli hərəkətlər davam edəcəkdir. Paşinyanın prosesləri nəzarət altında saxlaması və artıq bundan sonra vəziyyətə uyğun olaraq addımlar atması daha çox gözləndiyi bir vaxtda, onun əvəzlənməsi şübhəsiz ki, Azərbaycan və Ermənistan arasında vəziyyətə öz mənfi təsirini göstərəcək".

Ekspertin qənaətincə, bunu erməni xalqı istəməsə belə, Rusiya, ABŞ, Fransa, İran və s. ölkələrin geosiyasi maraqları buna imkan verməyəcək:

"Çünki, belə bir vəziyyətdə onlar yenidən əllərinə düşən fürsəti dəyərləndirməyə cəhd edəcək və çalışacaqlar ki, məhz Qarabağ kartından, münaqişəni alovlandırmaqla istifadə etsinlər".
Xəbəri paylaş