Superliqanın 6-cı həftəsində səfərdə "Alanyaspor"la qarşılaşan “Fənərbaxça” futbol klubu oyunun 43-cü dəqiqəsində İrfan Can Kahvecinin vurduğu qolla 1:0 hesabı ilə qələbə qazanıb.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, İsmail Kartalın komandası Super Liqada keçirdiyi 5 oyunun hamısında qalib gələrək, son 14 ildə bir ilkə imza atıb.
Qeyd edək ki, "Fənərbaxça" sonuncu dəfə belə bir nəticəyə Kristof Daumun rəhbərliyi altında 2009-2010-cu illərdə yüksəlib.
Oruc Niyazov