Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İki türk liderinin Naxçıvan görüşü bütün Türk dünyasının gələcəyi üçün mühüm yeniliklərin təməlini qoyacaq

İki türk liderinin Naxçıvan görüşü bütün Türk dünyasının gələcəyi üçün mühüm yeniliklərin təməlini qoyacaq


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasına qısamüddətli səfərə gəlib. Səfər zamanı Türkiyə liderinin azərbaycanlı həmkarı İlham Əliyevlə bir sıra tədbirlərə qatılacağı, görüşlər keçirəcəyi bildirilir. Bəs, görəsən bu səfərdən gözləntilər nədir?

Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib ki, uğurlu antiterror əməliyyatımızdan sonra qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana səfəri Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafına yeni impuls verilməsinə və ortaq hədəflərə doğru birlikdə, daha da inamla addımlamağımız üçün yeni “yol xəritəsi”nin cızılmasına xidmət edir:

"Bu səfər heç şübhəsiz ki, təkcə İqdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasiminə və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışına həsr olunmayıb. Səfər çərçivəsində keçiriləcək görüşlərdə həmçinin bir çox aktual məsələlər, o cümlədən, 19-20 sentyabrda Qarabağda baş tutan antiterror tədbirlərinin nəticələrinin bölgədə yaratdığı yeni reallıqlar haqda, Zəngəzur dəhlizi ilə bağlı proseslər barədə, həmçinin regional və beynəlxalq əhəmiyyətli bir sıra digər önəmli məsələlərə dair geniş fikir mübadiləsi aparılacaq".

Komitə sədri deyib ki, iki türk liderinin Naxçıvan görüşü həqiqətən də bütün Türk dünyasının gələcəyi üçün bir sıra mühüm yeniliklərin təməlini qoyacaq:

"Bu görüş Zəngəzur dəhlizinin açılmasını hər vəchlə əngəlləməyə çalışan bəzi qlobal aktorlara da güclü mesaj olacaq. Görüş əsnasında regionda kommunikasiyaların açılmasını tormozlamağa çalışan Fransa, Hindistan, İran kimi antitürk qüvvələrin Zəngəzur dəhlizinə alternativin yaradılması planlarını pozmaq üçün mühüm qərarların alınacağı gözlənilir. İndi Ermənistanı bu qüvvələrin təsir dairəsindən çıxarıb konstruktiv regional əməkdaşlığa cəlb etmək ən ümdə məsələdir. Düşünürəm ki, Azərbaycan və Türkiyə buna nail olmağı bacaracaq".

Anar Əliyev
Xəbəri paylaş