İsveçin Eskilstuna şəhərinin Arbi rayonunda məsciddə yanğın baş verib.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, yanğın nəticəsində məscidə ciddi ziyan dəyib.
Yaxınlıqdakı şahidlər məscidin naməlum şəxslər tərəfindən qəsdən yandırıldığını iddia etsələr də, yerli polis məlumatı təkzib edib və yanğının texniki səbəbdən baş verdiyini bildrib.
Arbi məscidinin kommunikasiya direktoru Anas Deneçe də yanğının qəsdən törədildiyini deyib. Onun sözlərinə görə, bir ildir məscidin yaxınlığında yaşayan bir ailədən təhdidlər alırlar:
"Bir ildir ki, ailə tərəfindən təhdidlərə və fiziki hücumlara məruz qaldığımıza dair polisə xəbər verilib. Əminik ki, məscid qəsdən yandırılıb".
Mehman Mehdiyev