Meksikada bara silahlı hücum olub. Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, nəticədə 2 nəfər vəfat edib, 4 nəfər isə yaralanıb.
Hadisə ölkənin cənubundakı Gerrero ştatında yerləşən Çilpansinqo şəhərindəki Valhalla adlı barda yaşanıb.
Polisin apardığı axtarış zamanı barda 58 ədəd boş patron aşkar edilib.
Hadisə şahidlərinin verdiyi xəbərə görə. hücum edənlər 3 nəfərdən ibarət olub.
Hücumda həyatını itirənlərin Guerrero əyalət höumətində çalışan məmurlar olduğu bildirilib. Hücumun səbəbi hələ müəyyən edilməsə də, hadisə ilə bağlı istintaq başladılıb.
Anar Əliyev