"Bir neçə gün bundan əvvəl Qarabağ ermənilərinin nümayəndələri ilə Azərbaycan dövlət strukturlarının nümayəndələri arasında Yevlax şəhərində görüş keçirilmişdir. Bu gün ikinci görüş keçirilir".
Newscenter-az-ın məlumatına görə, "Report"un Naxçıvana ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.
Dövlətimizin başçısı Qarabağda yaşayan erməni əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinin uğurla gedəcəyinə əminliyini ifadə edib.
Mehman Mehdiyev