Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Naxçıvan hava limanında qarşılayıb

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Naxçıvan hava limanında qarşılayıb


Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.

Newscenter.az xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin dövlət başçısı R.T.Ərdoğanı qarşılayıb.

Anar TAGIYEV
Xəbəri paylaş