Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qardaş dəstəyinin bariz nümunəsini göstərmək üçün baş tutan səfər

Qardaş dəstəyinin bariz nümunəsini göstərmək üçün baş tutan səfər


"Türkiyə Prezidenti hörmətli R.T.Ərdoğanın Naxçıvana səfəri həm "Qars" müqaviləsinin 102 illiyinə həsr edilir, həm də məlum antiterror tədbirlərinin uğurla başa çatması ərəfəsinə təsadüf edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov Türkiyə prezidentinin Naxçıvan səfərini şərh edərkən səsləndirib. O bildirib ki, qardaş dəstəyinin bariz nümunəsini göstərmək üçün baş tutan səfər regionda baş verən hadisələrin pik nöqtəsi hesab edilə bilər:

"Azərbaycan-Türkiyə tandeminin regionun geosiyasıtində etdiyi dəyişiklik bütün beynəlxalq və regional oyunçular tərəfindən qəbul edilir".

Azər Qasımov hesab edir ki, Naxçıvan səfərinin verəcəyi ən əsas mesaj Zəngəzur dəhlizinin açılması uğrunda baş verəcək mübarizənin açıq elan edilməsi üçün tribuna olacaq:

"Zəngəzur dəhlizinin bütün hallarda açılacağı məlum həqiqət olsa da, bəzi dövlətlərin müqavimətinin qırılması baxımından öz rolunu oynayacaq. Naxçıvan Muxtar Respublikasının gələcək inkişafı və təhlükəsizliyi baxımından da atılacaq addımların müzakirə edilməsi təbii ki, görüşün əsas hissəsini təşkil edəcək".

Anar Əliyev
Xəbəri paylaş