“Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası normal qaydada həyata keçirilir. Azərbaycan dövləti əvvəlcədən də bəyan etdiyi kimi Qarabağdakı erməni sakinləri öz vətəndaşı olaraq bütün zəruri ehtiyaclarla təmin edir və bu proses uğurla davam edir”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədrinin sözlərinə görə, Azərbaycan davamlı olaraq Xankəndinə müxtəlif təyinatlı yardımlar göndərməklə bir daha dünyaya sübut edir ki, bəzi xarici güclərin və Ermənistan hakimiyyətinin iddia etdiyi kimi rəsmi Bakının məqsədi Qarabağ ermənilərini blokadada saxlamaq deyil, əksinə onların daha yaxşı, daha firəvan yaşamasına yardım göstərməkdir:
“Bu həm də Azərbaycanın bir daha dünyaya insanlıq, humanizm nümayişidir. Baxmayaraq ki, ermənilər 30 il əvvəl ərazilərimizi işğala məruz qoyanda xalqımıza qarşı tamamilə fərqli münasibət sərgiləmiş, qeyri-insani davranışlar nümayiş etdirərək azərbaycanlılara qarşı vandallıq etmişlər. Biz isə bu gün tarixi ədaləti bərpa etməklə yanaşı həm ermənilərə, həm də dünyaya insanlıq dərsi keçirik”.
Anar Əliyev