Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tükrikə Azərbaycan ordusunun modernləşdirilməsinə xüsusi önəm verir

Tükrikə Azərbaycan  ordusunun modernləşdirilməsinə xüsusi önəm verir


“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana baş tutan bütün səfərləri kimi Naxçıvan Muxtar Respublikasına bu dəfəki səfəri də mühüm əhəmiyyət kəsb edir və tarixi hadisələrlə yadda qalacaq”.

Bu fikirləri Newscenter.az-a AMİP Siyasi Şurasının üzvüü, partiya liderinin köməkçisi Əli Oruclu Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfərini şərh edərkən səsləndirib. O qeyd edib ki, səfərlə bağlı açıqlanan proqramda bir nüans xüsusi diqqət çəkir:

“Burda bir nüansa da diqqət edək. Məlumat verildiyi kimi Türkiyə və Azərbaycan liderləri Naxçıvanda modernləşmiş Hərbi Kompleksin açılışını birlikdə edəcəklər. Bu o deməkdir ki, Tükrikə Azərbaycan ordusunun modernləşdirilməsinə və NATO standartlarına uyğun komklekləşdirilməsinə xüsusi önəm verir. Ordu quruculuğu, Silahlı Qüvvələrin daha yüksək peşəkarlığı Azərbaycan üçün çox vacib olduğu qədər Türkiyə üçün də eyni dərəcədə vacibdir”.

Əli Oruclu hesab edir ki, Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın Naxçıvana səfərindən sonra Azərbaycana bəzən güc göstərmək istəyən qonşu dövlətlərin mövqelərində korrektelər edəcəyi şübhəsizdir.

Anar Əliyev
Xəbəri paylaş