Türkiyə ilə Cənubi Koreya arasında hərbi əməkdaşlıq sazişi imzalana bilər.
Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, iki ölkənin hərbi rəsmiləri arasında keçirilən görüş zamanı bu barədə fikir mübadiləsi aparılıb.
Belə ki, Türkiyənin milli müdafiə nazirinin müavini Kavaklıoğlu cənubi koreyalı həmkarı Beom-Çui arasında görüş keçirilib. Görüş zamanı iki ölkənin müdafiə şirkətləri arasında ALTAY tanklarının hazırlanması kimi perspektivli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafının davam etdirilməsi barədə razılığa əldə eidlib.
Türkiyə və Cənubi Koreya gələcəkdə müdafiə və silah sənayesi sahələrində əməkdaşlığı gücləndirmək üçün hərbi saziş imzalamaq barədə razılığa gəliblər.
Nazir müavinləri dövlətdaxili prosedurları yerinə yetirdikdən sonra gələcəkdə müvafiq vaxtda hərbi saziş imzalamaq barədə razılığa gəliblər.
Mehman Mehdiyev