"Karantin müddəti 2024-cü il, yanvar ayının 2-nə qədər uzadıldı. Bu o deməkdir ki, Türkiyə ilə quru sərhədlərinin də açılması yanvarın 2-nə qədər uzadılıb. Bu da yenidən Azərbaycan vətəndaşları üçün çətinliklər yaradır və Turkiyəyə gedən sadə vətəndaşlarımız üçün artıq xərclər deməkdir".
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki. Türkiyə prezidenti Ərdoğanın Naxçıvana səfəri ərəfəsində belə bir qərar qəbul etmək insanlarda məyusluq hissi doğurur:
"Doğrudur, bu səfər enerji resursları və enerji marşrutları üzrə, yəni, İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimi ilə bağlı səfərdir, amma, Azərbaycan və Türkiyə liderləri həmçinin Qarabağda keçirilən lokal anti-terror tədbirlərindən sonra, erməni separatçılarının tərksilah prosesini və Zəngəzur dəhlizinin açılması istiqamətində müzakirələr aparacaqları da gözlənilir. Dövlət başçılarının həmçinin ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparacaqları da gündəlikdə duran məsələlərdəndir.Yaxşı olardı ki, həmçinin iki ölkə arasında quru sərhədlərinin yaxın günlərdə açılması istiqamətində xüsusi tapşırıqlar bu görüş zamanı veriləydi".
Sona