Tarixə 44 günlük Vətən müharibəsi kimi daxil olan İkinci Qarabağ savaşının başlamasından 3 il keçir. Məhz 3 il bundan əvvəl işğalçı Ermənistan yeni ərazilər ələ keçirmək üçün bütün cəbhə boyu Azərbaycana hücuma keçdi. Azərbaycan Silahlı Qüvvələrinin əkshücum əməliyyatı ilə düşmən qısa müddətdə məğlub olaraq 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan torpaqlarından çıxarıldı.
Newscenter.az-ın xəbərinə görə, həmin tarixi günlərə nəzər salan YAP üzvü Mətanət Qəribova deyir ki, 44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqətin təntənəsidir:
"Biz Qələbəni döyüş meydanında qazandıq. 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Biz qan tökərək, şəhidlər verərək bu Qələbəni əldə etdik və düşməni məcbur etdik ki, bizim qabağımızda diz çöksün və kapitulyasiya aktına imza atsın".
O qeyd edib ki, məhz bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.
Anar Əliyev