Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADY ictimai nəqliyyatın üzərinə düşən yükün böyük bir hissəsini qarşılayır

ADY ictimai nəqliyyatın üzərinə düşən yükün böyük bir hissəsini qarşılayır


Bu gün Sumqayıtdan saat 08:10-da çıxan 6010 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarının havalandırma sistemində texniki problem yaranıb. Bu səbəbdən qatarda kondisioner işləməyib. Hazırda nasazlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Newscenter.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Qeyd edilib ki, 15 sentyabr tarixindən şəhərətrafı ictimai nəqliyyat olaraq sürət elektrik qatarları ilə təhlükəsizlik qaydalarının müəyyən etdiyi hədd çərçivəsində gündəlik təxminən 30 minə yaxın sərnişin daşıyırıq. Biznes vaqondan ekonom vaqon kimi istifadə, yeni tədris ilinin başlanması ilə əlaqədar qrafikin optimallaşdırılması gündəlik olaraq əlavə 4 minə yaxın sərnişinin qatarlarımızla mənzil başına çatdırılması üçün imkan yaradır ki, bu da pik saatlarda sərnişindaşımada sıxlıqların müşahidə olunmasına səbəb olur.

Sərnişin sıxlığı səbəbindən stansiyalarda minib-düşmə zamanı yubanmalar yaşanır və bəzi hallarda qatarlar Bakı Dəmiryol Vağzalına 3-5 dəqiqə arası gecikmə ilə çata bilir.

R.Mehdiyeva
Xəbəri paylaş