Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb

Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb


Azərbaycanın uğurlu iqtisadi inkişafı, artan nüfuzu və regionda aparıcı mövqeyə malik olması ölkəmizə beynəlxalq aləmdə olan marağı hər ötən gün bir qədər də artırır. İkinci Qarabağ müharibəsindən sonra bu maraq özünü daha qabarıq şəkildə büruzə verməkdədir. İndi dünyanın əksər ölkələri Cənubi Qafqazda daha çox Azərbaycanla əməkdaşlığa üstünlük verir, Bakını özləri üçün strateji tərəfdaş kimi görürlər. Elə Yeni Azərbaycan Partiyasının üzvü Şəbnəm Vahabova da bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, Şəbhəm Vahabova deyib ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb:

"Bu da ölkəmizin Cənubi Qafqaz regionunda lider dövlətə çevrilməsini şərtləndirib. Bu baxımdan, Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin təməlində Azərbaycanın milli maraqlarının hər zaman üstün tutulduğunu əminliklə söyləmək olar".

O qeyd edib ki, Azərbaycanın hər zaman fəallıq göstərdiyi məsələlərdən biri də Türk dövlətləri ilə əlaqələrin inkişafıdır və həmin ölkələrlə nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq aparılır:

"Təkcə Türk dövlətləri ilə deyil, Rusiya, İran, Gürcüstan prezidentləri ilə təşkil olunan görüşlər də əlaqələrin inkişafı üçün zəmin yaradır. Həmçinin Amerika-Azərbaycan əlaqələri də inkişaf edir".

Mehman Mehdiyev
Xəbəri paylaş