Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə qatarın qrafiki dəyişdirilir

Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə qatarın qrafiki dəyişdirilir


Payız-qış mövsümü ilə əlaqədar Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə saat 23:45 qatarının qrafiki dəyişdirilir.

Newscenter.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb. Bildirilir ki, sərnişinlərin xahişini nəzərə alaraq həmin sürət elektrik qatarı oktyabrın 1-dən etibarən Bakı Dəmiryol Vağzalından 45 dəqiqə tez, saat 23:00-da yola düşərək Sumqayıta saat 23:52-də çatacaq.

Bu dəyişiklik həm iş, həm də qeyri-iş günləri üçün nəzərdə tutulub.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş