Artıq bir neçə gündür ki, Ermənistanda Nikol Paşinyan əleyhinə aksiyalar təşkil edilir. Müxalifət qısa müddətdə Paşinyanı devirməyi qarşıya məqsəd qoysa da, lakin meydana çıxan elektorat indiki situasiyada hakimiyyəti devirmək gücündə görünmür.
Newscenter.az-ın xəbərinə görə, QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy hesab edir ki, Ermenistan müxalifəti Paşinyanı yıxmaq üçün çox yanlış taktika seçib:
"Yolları bağlayıb normal xalqın həyatını çətinləşdirirlər və xalqda özlərinə qarşı nifrət yaradırlar".
Nazim Cəfərsoy qeyd edib ki, normal əhali onsuz da müharibədən və çətin həyat şəraitindən bezib:
"Bunlar onu daha da çətinləşdirirlər. Ona görə də sayıları az olaraq qalacaq, Paşinyan da hamısını döyüb yollardan çıxardacaq".
Anar Əliyev