"Cənubi Qafqazın siyası, iqtisadi, hərbi, mədəni və ümumilikdə stratejik güc tarazlığını saxlayan ölkə nə Gürcüstandır, nə də Ermənistan. Bu ölkə Azərbaycandır. Bunu anlamayan regional və qlobal gücün bu regionda ugur qazanma şansı yoxdur!!! Bu azacıq stratejidən, milli maraqdan və ağıllı yanaşmadan başı çıxan hər dövlətin görməsi gərəkən şeydir".
Newscenter-az xəbər verir ki, bu fikirləri QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy səsləndirib. O bildirib ki, Qərb bir ara regiondakı güç balansını Gürcüstan üzərindən qururdu, bütün analizlərdə "Gürcüstan belə gəldi elə getdi" deyilirdi. Nəticə bugün Gürcüstan heç özünü balansda saxlaya bilmir:
"Rusiya isə Cənubi Qafqaz balansını Ermənistan üzərindən qururdu. Həm də 200 ildir, nəticədə bugun Ermənistan Cənubi Qafqazı balansını qurmaq bir yana Rusiyadan xilas olmağa çalışır. Kremlin gördü vəziyyət gərgindi, gəldi Azərbaycanla rasyonel münasibətlər qurmağa başladı"
O qeyd edib ki, İran da Cənubi Qafqaz balansını Ermənistan üzərindən qurur, nəticə Tehran da uduzan tərəflərdən biridir:
"Halbuki İranın ədalətli və stratejik yanaşa idi ən az Turkiyə qədər şansı vardı!
Türkiyə isə Cənubi Qafqaz balansını Azərbaycan üzərindən qurdu, hazırda bu proseslərin həm ikili, həm regional, həm də qlobal mənada ən çox qazanan gücüdür. Hələ bu proses daha da böyüyərək davam edəcək".
Anar Əliyev