Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Azərbaycanla əməkdaşlıq da edər

Paşinyan Azərbaycanla əməkdaşlıq da edər


Rusiyalı iş adamı Ruben Vardanyanın Qarabağdan qaçmasına dair məlumatlar yayılıb. İddia edilir ki, Vardanyan Rusiya sülhməramlıları tərəfindən qadın geyimində Ermənistana qaçırılıb.

Newscenter-az-ın xəbərinə görə, QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy isə hesab edir ki, Vardanyanın Ermənistana getməsi mümkün görünmür. Onun sözlərinə görə, hər şeydən əvvəl Paşinyan bunu istəmir:

"Nikol Paşinyan Ruben Vardanyanın Qarabağdan çıxmasını, hətta Ermənistana getməsini istəməz. Məncə bunun olmaması üçün erməni baş naziri Azərbaycanla əməkdaşlıq da edər".

Nazim Cəfərsoy hesab edir ki, xüsusilə də Ermenistanda küçə hərəkətləri davam edərkən və Rusiya Xarici İşlər Nazirliyi Paşinyanı hədəfə qoyan açıqlama verdiyi halda, Paşinyan Vardanyanın Ermənistana getməsini istəməz.

Anar Əliyev
Xəbəri paylaş