Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağdakı mülki erməniləri təxribatçı planlarından qorumalıyıq

Qarabağdakı mülki erməniləri təxribatçı planlarından qorumalıyıq


Ötən gün Xankəndində baş vermiş partlayış hadisəsi bir daha sübut etdi ki, Qarabağın mülki erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olmaq istəyən qüvvələr var. Həmin qüvvələr içərisində həm Ermənistandakı daxili qüvvələr, həm də xarici ünsürlər yer alır.

Elə Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov da bu qənaətdədir. Newscenter.az-ın xəbərinə görə, Əlisahib Hüseynov deyib ki, mülki ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olmağa çalışan həmin qüvvələr bu kimi təxribatlar törətməklə prosesə əngəl olmaq istəyirlər:

"Biz dövlət və xalq olaraq Qarabağdakı mülki ermənilərdə onların təhlükəsiz gələcəyi və lazım olan hər şeylə təmin olunacaqları ilə bağlı inam yaratmaq üçün əlimizdən gələn hər şeyi etmişik və edəcəyik. Lakin erməniləri Qarabağı tərk etməyə təhrik edən qüvvələrin boş oturmadıqlarını da mütləq nəzərə almalıyıq".

Komitə sədri onu da deyib ki, mülki erməniləri həm separatçılıqdan və revanşizmdən əl çəkmək istəməyən radikal erməni qruplaşmaları, həm də kənar güclər Ermənistana köçməyə təhrik edirlər:

"Bu da onların məkrli niyyətlərindən xəbər verir. Biz Qarabağdakı mülki erməniləri həm birincilərin, həm də ikincilərin məkrli niyyətlərindən, təxribatçı planlarından qorumalıyıq".

Anar Əliyev
Xəbəri paylaş